KORONAVİRUS PEYVƏNDİNİN QAZANDIRDIĞI İMTİYAZLAR

Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı 700 milyon dozanı ötüb. Virus əleyhinə peyvənd olunan şəxslər, epidemioloji vəziyyət baxımından ciddi təhlükə yaratmadığı üçün bir sıra ölkələrdə onlara qarşı daha yumşaq karantin tədbirlərinin tətbiqi müzakirə olunur. Peyvənd vurdurmayanlara qarşı isə əksinə sərt tədbirlər görülür. Belə ki, peyvənd olunmayan səhiyyə işçilərinin xəstə qəbul etməsi dayandırılır, nəqliyyat işçilərinin fəaliyyəti məhdudlaşdırır və s. bu kimi tədbirlər görülür.