SMS YOXSA ELEKTRON MƏKTUB?

Mobil rabitənin inkişafı dönəminin ilk illərində sms xidmətlərinə abonentlər tərəfindən çox müraciət olunurdusa, hazırda bu xidmət əsasən marketinq aləti kimi istifadə olunur.

Yalnız bu da seçimdən asılıdır. Çünki SMS bildirişlərin və elektron məktubların fərqli üstünlükləri var. Oxunma zəmanəti SMS bildirişlər üçün 100%, elektron məktublar üçün 50% təşkil edir. SMS xidmətinin çatdırılma zəmanəti 90%-dan çox olduğu halda, elektron məktublar üçün çatdırılma məsələsi internetin keyfiyyətindən və ümumiyyətlə abonentin internetinin aktivliyindən asılıdır.
Bütün bunları təhlil edərək deyə bilərik ki, səmərəli nəticə əldə etmək üçün hər iki marketinq alətindən istifadə etmək daha məqsədə uyğundur. Birinin çatışmazlığını digərinin üstünlüyü əvəz edəcək.