UEFA Millətlər Liqasında ilk oyunda Azərbaycan yığmasının Lüksemburq millisinə məğlubiyyəti

Millimizin hücumçusu Mahir Emreli yığmanın heyətindən kənarlaşdırılıb.
UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan – Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emrelinin millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacağı bildirilib.
Xatırladaq ki, M.Emreli millimizin Lüksemburqa 1:2 hesabı ilə uduzduğu oyunun 26-cı dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.