Bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Birinci xanımın uzun illər səmərəli fəaliyyəti nəticəsində ölkəmizdə elm, mədəniyyət, səhiyyə, sosial, idman və digər sahələrdə böyük nailiyyətlər əldə olunub. Bu əlamətdar gündə Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi fəaliyyətində yeni zəfərlər diləyirik.