Erməni silahli qüvvələrinin gəncəyə növbəti hücumu

Ermənistan silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 02:00 radələrində Gəncə şəhərinə raketlə hücum ediblər. Raket hücumu nəticəsində 9 nəfər həlak olub, 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.