Prezident İlham Əliyev: “44 günün hər biri Zəfər günüdür!”

2 noyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq kəndləri, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri işğaldan azad edilib.