44 gün ərzində qazanılan tarixi qələbə

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Vətən müharibəsinin qəhrəman qazilərini ziyarət ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ali Baş Komandan öz çıxışında döyüşçülərimizin yüksək peşəkarlığından danışıb.