Prezident İlham Əliyev: “Bu torpaqların sahibi bizik, Azərbaycan xalqıdır!”

Prezident İlham Əliyev Şuşada bayram tonqalını alovlandırdıqdan sonra öz çıxışında Azərbaycanın Zəfərindən danışıb. Torpaqlarımıza əmin-amanlığı qaytaracağımızı, ermənilər tərəfindən dağıdılmış şəhərləri ən qısa zamanda yenidən quracağımızı bir daha vurğulayıb.