PREZİDENT İLHAM ƏLİYEV:“TÜRKİYƏ VƏ AZƏRBAYCAN İKİ QARDAŞ ÖLKƏ KİMİ HƏR ZAMAN BİR-BİRİNİN YANINDADIR”

Prezident İlham Əliyev: “Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni, bu, bizim birgə uğurumuzdur”.