Rəcəb Tayyib Ərdoğan: “Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə olub. Ali qonağı Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb. Təkbətək görüşdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxış edib.