AZƏRBAYCANIN ZƏFƏR GUŞƏSİ – HƏRBİ QƏNİMƏTLƏR PARKI

“Qarabağ Azərbaycandır!” Belə bir yazı paneli Bakıdakı Hərbi Qənimətlər Parkının tam mərkəzində quraşdırılıb. O, İkinci Qarabağ müharibəsi zamanı ələ keçirilən erməni hərbi texnikalarının nömrələrindən ibarətdir. Hərbi Qənimətlər Parkında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi erməni hərbi texnikasının yalnız bir hissəsi təqdim olunur. Burada 300-dən çox eksponat var.