Prezident İlham Əliyev: “Azərbaycanın əsas hissəsi Naxçıvan MR ilə dəmir yolu ilə birləşəcək”

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə növbəti səfəri zamanı Zəngilanda tikiləcək hava limanının təməlqoyma mərasimində iştirak edib. Bərpasına başlanılan Zəngilan məscidində çıxış edən dövlət başçısı mənfur düşmənin məscidlərimizi dağıtmasını İslam dininə qarşı törədilmiş cinayət adlandırıb.