Sahil İsgəndərov: Bu gün Azərbaycanın iqtisadi-siyasi fəallığının mərkəzi Bakıdan Qarabağa köçüb.
İşğaldan azad edildikdən sonra Qarabağa ilk səfər edən lider Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oldu. Ölkə başçısının gerçəkləşən tarixi səfəri bir çox məsələləri gündəmə daşıdı. Həmçinin Türkiyə və Azərbaycan arasında imzalanan ticarət və təhlükəsizlik ittifaqı Qarabağ münaqişəsinin bitdiyini qəbul etmək istəməyən ABŞ və Fransa daxil olmaqla bütün Qərb ölkələrinə yeni reallığı əyani göstərmiş oldu.