GƏNCƏ ŞƏHƏRİNİN NÖVBƏTİ DƏFƏ RAKET ATƏŞİNƏ TUTULMASİNDAN 1 İL ÖTÜR

11 oktyabr 2020-ci ildə, gecə saat 2 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulub. Nəticədə 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Ümumilikdə müharibə dövründə Gəncənin dinc sakinlərinə qarşı törədilmiş dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.