COVAX ZƏNGİN ÖLKƏLƏR ÜÇÜN KORONAVİRUS PEYVƏNDİNİ İNHİSAR EDİR
Ölkələrin milli iqtisadiyyatına dəyən trilyon dollarlıq ziyan və əhalinin artan psixoloji stresi karantin tədbirlərinin tətbiqini çətinləşdirir. Buna görə də əksər ölkələr artıq pandemiya ilə mübarizənin ən təsirli yolu olan peyvəndləmə prosesinə başlayıb.
Bölgədə bu prosesi ilk başlayan Azərbaycan, həm peyvənd tədarükündə, həm də peyvənd tətbiqinin sürətinə görə əksər ölkələri qabaqlayır. Beləliklə, milli peyvənd strategiyasına uyğun olaraq sifariş edilən 4 milyon doza CoronaVac peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin vaksinasiyası başlandı. 26 Mart 2021-ci il tarixinə qədər ümumilikdə 746.608 doza peyvənd tətbiq edildi, 226.000 nəfər tam peyvənd olundu.
#Azerbaycan #Azərbaycan #azerbaijan #Азербайджан #xeber #covid #koronavirus #vaccine #peyvend #covax #corona