Pandemiya dövründə Azərbaycanda elektron ticarət
#pandemiya #azerbaycan #online #onlayn #ticarət #covid19 #instagram #biznes
Ölkədə sərt karantin rejiminin tətbiqi zamanı ilk növbədə qeyri-ərzaq mağazalarının fəaliyyəti dayandırıldı və onlar satış problemi ilə üzləşdilər.
Azərbaycanda qeyri-ərzaq məhsullarının ən geniş yayılmış onlayn satış platformaları – sosial şəbəkələrdir. Xüsusilə “Instagram” vasitəsilə geyim məhsullarının satışı geniş vüsət alıb. Ancaq burada da vəziyyət bir o qədər ürəkaçan deyil. Məsələn, hər hansı bir geyim dükanının “Instagram” hesabı açılır, lakin səhifədə mağazadakı bütün məhsullar barədə paylaşımlar edilmir. Bəzən isə qiymətlər göstərilmir və hər dəfə qiymət soruşulanda izləyicilərə şəxsi ismarıc qutusuna məlumat göndəriləcəyi deyilir. Bu da istehlakçıları qıcıqlandırır.
Sosial şəbəkələrdə satış platforması quran magazaların həm də çatdırılma problemi, xüsusilə də sürətli çatdırılma problemi mövcuddur.
Bütün bunlara baxmayaraq, Azərbaycan Milli Bankının hesablamalarına görə ötən il ərzində ölkə daxilində nağdsız ödənişlərin həcmi 34% artıb. Elektron ticarət vasitəsilə əməliyyatların sayında 55%, onların həcmində isə – 22% artım müşahidə olunur.