QALİB ÖLKƏLƏRİN ZƏFƏR NÜMAYİŞLƏRİ – HƏRBİ QƏNİMƏTLƏR

44 günlük Vətən müharibəsi zamanı ələ keçirilən düşmən silah-sursatı Bakının Xətai rayonu ərazisində salınan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkında nümayiş olunur. Yaradılmasına bu ilin yanvar ayından başlanılan parkda nümayiş olunanlar, bəziləri üçün qənimət yox, qənim oldu desək, daha doğru olar. Xüsusilə də əsgərlərimizi qətl etməyə gələn erməni əsgərlərinin boş dəbilqələri.

Öz ərazi bütövlüyünün bərpası üçün vuruşan, torpaqlarını işğaldan azad edən bir dövlətin öz ərazilərdindən qovduğu düşmənin qənimətlərini nümayiş etdirməsi birbaşa onun haqqıdır. Burada söhbət təkcə Azərbaycandan getmir. Yaxın keçmişə nəzər salsaq, görərik ki, hələ 1-ci Dünya müharibəsindən sonra keçmiş SSRİ ərazisində bu cür muzeylər fəaliyyət göstərib. Həmin muzeylərdə müharibə zamanı ələ keçirilən düşmən qənimətləri nümayiş olunurdu. Bu cür muzeylərə Fransada, Avstriyada, Çexiyada, Yunanıstanda və digər ölkələrdə də rast gəlmək olar.