Bərdənin növbəti dəfə raket atəşinə tutulmasından 2 il ötür
28 oktyabr 2020-ci il tarixində Ermənistan ordusu tərəfindən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 22 dinc sakin həlak olub, 83 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.