Bakıda multibrend avtomobillər üçün müasir xidmət mərkəzi olan “Motor House” fəaliyyətə başlayıb

“Motor House” brendinin fəaliyyətə başlamasının əsas məqsədi Azərbaycan avtomobil texniki xidmət sahəsində bütün ölkə üzrə standartları tətbiq etmək, respublikanın bir çox şəhərlərində və ölkədən kənarda bu sahədə ilk dəfə frençayzinq sistemini quraraq “Motor House” bayrağı altında fəaliyyət göstərən xidmət sahələrinin, təmir sexlərinin sayını artırmaq və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə nail olmaqdır.