17 oktyabr 2020-ci ildə, gecə saat 1 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulub. Nəticədə həlak olanlar və yaralananlar olub. Həmin gün Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Füzuli şəhəri, eləcə də Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı, Dədəli kəndləri işğaldan azad edilib.