GƏNCƏNİN RAKET ATƏŞİNƏ MƏRUZ QALMASINDAN VƏ CƏBRAYIL ŞƏHƏRİNİN AZAD EDİLMƏSİNDƏN 1 İL ÖTÜR

4 oktyabr 2020-ci il tarixində saat 10 radələrində Gəncə şəhəri Ermənistan tərəfindən raket və top mərmilərindən atəşə tutulub. Nəticədə Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Bundan başqa, bu gün Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsindən də 1 il ötür.