PREZİDENT İLHAM ƏLİYEV: “HEÇ KİM VƏ HEÇ NƏ BİZİ DAYANDIRA BİLMƏZDİ”

Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışındakı çıxışı zamanı öz ərazi bütövlüyümüz uğrunda mübarizə aparmağımıza baxmayaraq bir sıra dövlətlərin ölkəmizə sanksiya tətbiq etməyə çalışmasından danışıb. Dövlət başçısı nitqində Azərbaycanın düzgün mübarizəsini dəstəkləyən dövlətlərin mövqeyini yüksək qiymətləndirib.