Türkiyəyə göndərilmiş Azərbaycan yanğınsöndürənləri qardaş ölkədə yanğınlarla mübarizə aparır

28 iyul tarixindən etibarən Türkiyədə meşə yanğınları davam edir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qrupları qardaş ölkəyə yola salınıb.